RAMAZANOV Hacıməmməd Yusif oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 66 saylı Zaqatala
1951-ci il dekabrın 25-də Zaqatala rayonunun Sumaylı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun ümumi texniki fənlər və fizika fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 66 №-li Zaqatala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU