XASMƏTOV Zeynəddin Nurəddin oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 65 saylı Qusar
1959-cu il iyulun 8-də Qusar rayonunun Xürəl kəndində anadan olmuşdur. Moskva Avtomobil-Yol İnstitutunun avtomobil nəqliyyatının iqtisadiyyatı və təşkili fakültəsini bitirmişdir. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 26-da 65 №-li Qusar seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Büdcə məsələləri komissiyasının üzvüdür. 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU