CƏFƏROV Həmdulla Yunis oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 63 saylı Quba
1962-ci il iyunun 15-də Quba şəhərində anadan olmuşdur. Sankt-Peterburqda Maliyyə-İqtisad İnstitutunun sənayenin planlaşdırılması fakültəsini bitirmişdir. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 63 №-li Quba seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Büdcə məsələləri komissiyası sədrinin müavinidir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU