FƏTTAYEV Mirmahmud Mirəli oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1956-ci il sentyabrın 15-də Yardımlı rayonunun Telavar kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Fars və rus dillərini bilir. Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavinidir. 1995-ci il noyabnn 12-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Azərbaycan Xalq Cəbhəsi Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU