QƏHRƏMANOV Eldar Əvəz oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 57 saylı Bərdə–Ağcabədi
1948-ci il yanvarın 30-da Oğuz şəhərində anadan olmuşdur. Türkmənistan Dövlət Universitetinin iqtisadiyyat fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Rus dilini bilir. Bitərəfdir. 1996-cı il fevralın 4-də 57 №-li Bərdə-Ağcabədi seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət komissiyası sədrinin müavinidir. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU