MUSAYEVA Tərlan Həsən qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 56 saylı Bərdə şəhər
1955-ci il yanvarın 22-də Bərdə rayonunun Kələntərli kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 56 №-li Bərdə seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU