QULİYEV Novruz Məhəmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 55 saylı Beyləqan
1952-ci il martın 22-də Cəbrayıl rayonunun Əmirvariı kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin kimya fakültəsini bitirmişdir. Biologiya elmləri doktorudur. Rus və ingilis dillərini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 26-da 55 №-li Beyləqan seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU