BAYRAMOV Kamran Fərhad oğlu
1979-cu il noyabrın 10-da Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini və Hüquqşünas ixtisası üzrə magistr pilləsini, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Rus və ingilis dillərini bilir.
1999–2007-ci illərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin böyük inspektoru, aparıcı mütəxəssisi, baş mütəxəssisi, idarə rəisinin müavini, 2007– 2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin məsləhətçisi, aparıcı məsləhətçisi, böyük məsləhətçisi, baş məsləhətçisi, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.
Milli Məclisin Regional məsələlər komitəsinin, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Argentina, Çexiya, Fransa, Xorvatiya, İspaniya, Kanada, Koreya, Kuba, Qətər, Litva, Lüksemburq, Polşa, Serbiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda və NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətlərinin üzvüdür. Evlidir, 3 övladı var.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi
NATO Parlament Assambleyası
Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - Rəhbər
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu - Rəhbər
Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Kanada parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Litva parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Lüksemburg parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Rumıniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Serbiya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Burundi parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Azərbaycan-Nigeriya parlamentlərarası əlaqələr üzrə işçi qrupu - üzv
Köməkçi: Məmməd Məmmədli