NOVRUZOV Cabir Mirzəbəy oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 46 saylı Abşeron
1933-cü il martın 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunu bitirmişdir. Respublikanın əməkdar incəsənət xadimidir. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 46 №-li Abşeron seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komissiyasının üzvüdür. 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU