ƏSGƏROV Ağabəy Məmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1956-cı il yanvarın 18-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Filologiya elmləri namizədidir. Rus və ərəb dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasımn üzvüdür. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Yerli özünüidarə məsələləri komissiyasının üzvüdür. Subaydır.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU