RƏSULOV Natiq İsmayıl oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 43 saylı Şəki şəhər
1958-ci il yanvarın 6-da Şəki şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif işi fakültəsini bitirmişdir. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 26-da 43 №-li Şəki şəhər seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU