SALAHZADƏ Əliabbas Qalib oğlu

Dairə: 27 saylı Sabunçu ikinci seçki dairəsi

1979-cu il yanvarın 22-də Bakı şəhərinin Bilgəh qəsəbəsində anadan olmuşdur. Azərbaycan Beynəlxalq Universitetində təhsil almış, Azərbaycan Milli Aviasiya Akademiyasının Beynəlxalq hüquq fakültəsini bitirmişdir. Hüquq üzrə fəlsəfə doktorudur. 1-ci dərəcə dövlət qulluqçusudur. Yerli özünüidarə məsələlərinə dair bir sıra məqalələrin müəllifidir. İngilis və rus dillərini bilir.
2000-ci ildən Bakı şəhəri Sabunçu rayonunun Bilgəh qəsəbəsi bələdiyyəsinin sədri vəzifəsində çalışmış, hərbi xidmət keçmiş, 2006–2020-ci illərdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin, daha sonra İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Cibuti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Albaniya, Argentina, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, İsveç, Serbiya, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Evlidir, 4 övladı var.

Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU