MƏHƏMƏLİYEV Nəsib Məhəmməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 109 saylı Balakən
1961-ci il fevralın 11-də Balakən rayonunun Qazma kəndində anadan olmuşdur. Kuybışev DəmirYolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmir yolu nəqliyyatında daşıma proseslərinin idarə edilməsi fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Fəxri dəmiryolçudur. Rus və ingilis dillərini bilir. 1982-ci ildən Rusiya Federasiyasının Saransk, Kuybışev şəhərlərində tikinti idarələrinin dülgəri, tikinti ustası, quraşdırma üzrə mühəndisi, kooperativ sədri işləmiş, 1989-cu ildən Azərbaycan Dəmir Yolu Balakən stansiyasının növbətçisi, 1991-ci ildən Balakən stansiyasının rəisi vəzifələrində çalışmış, 2000–2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006–2015-ci illərdə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Amerika Birləşmiş Ştatları, Avstraliya və Yeni Zelandiya, Belarus, Qətər, Norveç, Rusiya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. GUAM-ın Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU