MƏMMƏDHƏSƏNOV Rafiq Musa oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 104 saylı Gədəbəy-Tovuz
1945-ci il sentyabrın 26-da Gədəbəy şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. Tibb elmləri doktoru, professordur. Əməkdar elm xadimidir. «Tərəqqi» medalı ilə təltif edilmişdir. Avropa Diabet və Ümumdünya Diabet assosiasiyalarının üzvüdür. 250-dən çox elmi əsərin və 2 dərsliyin müəllifidir. 1 ixtirası vardır. İngilis və rus dillərini bilir. 1969-cu ildən Naftalan sanatoriyasında, 1971-ci ildən Mərdəkan sanatoriyasında həkim-terapevt işləmişdir. 1977–1986-cı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda assistent, 1990-cı ildən Daxili xəstəliklər kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1993-cü ildən Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş endokrinoloqudur. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Səhiyyə komitəsinin üzvüdür. Avstriya, Çexiya, Çili, Qırğızıstan, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU