ORUC Zahid Məhərrəm oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 94 saylı Bərdə kənd seçki dairəsi
1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əli İsmayıl kəndində anadan olmuşdur. Azərbaycan Texniki Universitetinin Avtomatika və hesablama texnikası fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 1996–2000-ci illərdə Azərbaycan EA-nın Fotoelektronika İnstitutunda elmi işçi vəzifəsində çalışmışdır. Bitərəfdir. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Danimarka, Gürcüstan, Özbəkistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU