OSMANOV Cavid Həmid oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 90 saylı Ağdaş seçki dairəsi
1975-ci il fevralın 6-da Ağdaş şəhərində anadan olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. 2001–2002-ci illərdə Ağdaş Rayon Gənclər, Turizm və İdman İdarəsinin baş inspektoru, 2002–2005-ci illərdə rəisi, 2005-ci ildən Ağdaş Rayon İcra Hakimiyyəti başçısının Ağdaş şəhəri üzrə nümayəndəsi vəzifələrində çalışmış, 2006–2016-cı illərdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Avstraliya və Yeni Zelandiya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Gürcüstan, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU