ƏSƏDOV Əli Hidayət oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1956-cı il noyabrın 30-da Bakı şəhərində anadan olmuşdur. Moskva Xalq Təsərrüfatı İnstitutunun sənayenin iqtisadiyyatı fakültəsini bitirmişdir. İqtisad elmləri namizədi, dosentdir. Rus və alman dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvüdür. Evlidir, 1 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU