RZAYEV Tahir Musa oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 82 saylı Ağcabədi seçki dairəsi
1950-ci il fevralın 24-də Ağcabədi rayonunun Xəlfərəddin kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Fəlsəfə doktorudur. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 20 kitabın müəllifidir. Rus dilini bilir. 1970-ci ildən Ağcabədi rayonunun tikinti idarələrində fəhlə, 1971-ci ildən Ağcabədi rayonunda çıxan «Sürət» qəzetində ədəbi işçi, 1977-ci ildən rayon Komsomol Komitəsinin ikinci katibi, birinci katibi, 1982-ci ildən Ağcabədi Rayon Partiya Komitəsinin təlimatçısı, 1987-ci ildən Ağcabədi Rayon İcraiyyə Komitəsi sədrinin birinci müavini, Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir. 1989−1994-cü illərdə rayon yemçilik birliyində fəhlə, «Ülfət» qəzetində ədəbi işçi, «Aran» qəzetində şöbə müdiri, 1994–1999-cu illərdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının köməkçisi, İcra Hakimiyyətinin şöbə müdiri, 1999–2001-ci illərdə Ağcabədi şəhər bələdiyyəsinin sədri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan-Qətər parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Ekvador, Əfqanıstan, Norveç, Pakistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU