İSMAYİLOV Şahin Əmir oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 81 saylı Beyləqan seçki dairəsi
1986-cı il fevralın 7-də Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuşdur. Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və beynəlxalq münasibətlər fakültəsini bitirmişdir. Gənclər üçün Prezident mükafatına layiq görülmüşdür. Fransız, rus və ingilis dillərini bilir. 2008–2009-cu illərdə Azərbaycan Dillər Universitetində Tələbə Gənclər Təşkilatının sədri, tədris hissəsinin dispetçeri, İnformasiya Resursları Kompleksinin baş mütəxəssisi vəzifələrində çalışmışdır. 2009-cu ildən Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Müşahidə Şurasının üzvüdür. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Gənclər və idman komitəsinin üzvüdür. Argentina, Kanada, Koreya, Litva, Səudiyyə Ərəbistanı, Türkiyə, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU