QULİYEV Rüfət Atakişi oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 73 saylı Lənkəran şəhər seçki dairəsi
1963-cü il mayın 6-da Bakı şəhərində anadan olmuşdur. Kiyev Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 250-yə yaxın elmi əsərin və məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası İqtisadiyyat bölməsinin ekspert şurasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun Himayəçilər Şurasının üzvüdür. 1986-cı ildən Azərbaycan Politexnik İnstitutunda baş laborant, müəllim, baş müəllim, 1997-ci ildən Azərbaycan Texniki Universitetində dosent vəzifələrində çalışmışdır. 1999-cu ildən «European Tobacco-Baku» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədridir. 2013-cü ildən Azərbaycan Texniki Universitetinin İqtisadi nəzəriyyə və xidmət sahələrinin iqtisadiyyatı kafedrasının müdiridir. Bitərəfdir. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvüdür. Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Danimarka, Hindistan, İtaliya, Peru, Portuqaliya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin, Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU