AXUNDOVA Elmira Hüseyn qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 71 saylı Masallı kənd seçki dairəsi
1953-cü il mayın 26-da Rusiya FederasiyasıMoskva vilayətinin Ramenskoye qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Filologiya üzrə fəlsəfə doktorudur. Əməkdar jurnalistdir. «Şöhrət» ordeni və «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir. Dövlət mükafatına layiq görülmüşdür. Həsən bəy Zərdabi, Rəsul Rza və Nəcəf Nəcəfov mükafatları laureatıdır. Bir sıra bədii və publisistik kitabların müəllifidir. Rus və fransız dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının üzvüdür. 1977-ci ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, 1980-ci ildən Azərbaycan Yazıçılar İttifaqında referent-məsləhətçi, 1988-ci ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifələrində çalışmışdır. 1990-cı ildən «Литературная газета»nın, 1993-cü ildən «Свобода» radiosunun müxbiri, 1998-ci ildən «Общая газета»nın Azərbaycan üzrə xüsusi müxbiri, 2002–2004-cü illərdə Bakı Slavyan Universitetinin dosenti, 2004–2005-ci illərdə R.Rza adına Beynəlxalq Ədəbiyyat Fondunun vitse-prezidenti olmuşdur. Bitərəfdir. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin, Mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Küveyt, Macarıstan, Rusiya, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. 2 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU