AMAŞOV Əflatun Əhməd oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 62 saylı Saatlı seçki dairəsi
1957-ci il aprelin 26-da Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Əməkdar jurnalistdir. 3-cü dərəcəli «Vətənə xidmətə görə» ordeni ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Müşahidə Şurasının, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 1986-cı ildən Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərinform) müxbiri, 1992–1993-cü illərdə baş direktorunun birinci müavini, 1993–2000-ci illərdə AzərTAc Teleqraf Agentliyinin buraxılış redaktoru vəzifələrində çalışmışdır. 2000–2003-cü illərdə «Ruh» Azərbaycan Jurnalistlərini Müdafiə Komitəsinin sədri olmuşdur. 2003-cü ildən Azərbaycan Mətbuat Şurasının sədridir. Bitərəfdir. Milli Məclisin İnsan hüquqları komitəsinin, Mədəniyyət komitəsinin üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Böyük Britaniya, Çin, İndoneziya, İran, İsveçrə, Macarıstan, Makedoniya, Malayziya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisində Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU