BADAMOV Azər Camal oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 51 saylı Qusar seçki dairəsi
1968-ci il avqustun 18-də Qusar rayonunun Düztahir kəndində anadan olmuşdur. Azərbaycan Texnologiya İnstitutunun Qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. Rus dilini bilir. 1988-ci ildən Kirov adına sovxozda fəhlə, 1990-cı ildən Qusar Şəhər İctimai İaşə İdarəsində iqtisadçı, 1991-ci ildən Qusar Rayon Mərkəzi Xəstəxanasında müfəttiş işləmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin birinci dərəcəli müfəttişi, 1994-cü ildən «Şahdağ» firmasının iqtisadçısı vəzifələrində çalışmışdır. 2003–2007-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. 2008–2010- cu illərdə «Aztelekom» İstehsalat Birliyinin Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Azərbaycan- Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya və Yeni Zelandiya, Danimarka, İsveç, Portuqaliya, Rusiya, Tacikistan, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU