ŞAHTAXTİNSKAYA Naira Əliabbas qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 29 saylı Əli Bayramlı
1959-cu il aprelin 16-da Bakı şəhərində anadan olmuşdur. Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktorudur. Xorvat, serb, alban, ingilis dillərini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 29 №-li Əli Bayramlı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyası sədrinin müavinidir. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU