ABIYEV Ağacan Qulam oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 32 saylı Suraxanı üçüncü seçki dairəsi
1937-ci il noyabrın 24-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun Bədən tərbiyəsi fakültəsini və Azərbaycan Politexnik İnstitutunun Metallurgiya istehsalının avtomatlaşdırılması və kompleks mexanikləşdirilməsi fakültəsini bitirmişdir. Texnika üzrə fəlsəfə doktoru, professordur. Əməkdar elm xadimidir. Dünya Boks Federasiyası icraiyyə komitəsinin üzvü, Avropa Boks Federasiyasının vitse-prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi, Azərbaycan Boks Federasiyasının vitse-prezidentidir. İdman ustası və beynəlxalq dərəcəli hakimdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. 1 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. 4 ixtirası vardır. Rus və ingilis dillərini bilir. 1957-ci ildən «Neftçi» İdman Cəmiyyətində məşqçi işləmişdir. 1966-cı ildən Azərbaycan Politexnik İnstitutunun Avtomatika və hesablama texnikası kafedrasının müəllimi, 1971-ci ildən Lipetsk Politexnik İnstitutunun dosenti, kafedra müdiri, 1983-cü ildən Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Elektrotexnika və elektronika kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1987–2015-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru olmuşdur. Yeni Azərbaycan Partiyasının üzvüdür. Üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin, Elm və təhsil komitəsinin üzvü, İntizam komissiyasının sədridir. Azərbaycan-Kuba parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Bolqarıstan, Mavritaniya, Polşa, Rusiya parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU