QULİYEV Fərəc İbrahim oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 31 saylı Suraxanı ikinci seçki dairəsi
1962-ci il dekabrın 22-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Üstüpü kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini bitirmişdir. İctimai Peşələr Fakültəsində hüquq təhsili almışdır. 5 kitab və elmi- nəzəri məqalələr müəllifidir. AXC-nin təsisçilərindəndir. Anqlosaks-Türk Assambleyasının təsisçisi və prezidentidir. «Parlament Üzvlərinin Korrupsiyaya Qarşı Qlobal Təşkilatı» (GOPAC) beynəlxalq qurumunun üzvüdür. «Yeni Dirçəliş» qəzetinin, «Təbriz» əlavəsinin, «Davam.az» saytının təsisçisidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Sambo üzrə idman ustasıdır. Azərbaycan Şito-ryu Karate-do Federasiyasının fəxri prezidentidir. Rus və alman dillərini bilir. 1984-cü ildən Sumqayıt boru-prokat zavodunda feldşer işləmişdir. 1986-cı ildən Naxçıvan Respublika Xəstəxanasının həkimi, 1987-ci ildən Ordubad rayon Çənnəb kənd xəstəxanasının həkimi, baş həkimi vəzifələrində çalışmışdır. Azərbaycan Xalq Cəbhəsi Ordubad rayon şöbəsinin sədri, 1993-cü ildə isə Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri, AXC sədrinin birinci müavini olmuşdur. 2002-ci ildə Hollandiyada Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü və sədr müavini seçilmiş, 2003-cü ildən həmin qurumun Azərbaycan nümayəndəliyinin rəhbəri olmuşdur. Milli Dirçəliş Hərəkatı Partiyasının sədridir. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüdür. Belçika, Gürcüstan, Qazaxıstan, Litva, Moldova, Rumıniya, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Milli Dirçəliş Hərəkatı Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU