QAFAROV Kamaləddin Nəsrəddin oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 9 saylı Binəqədi ikinci seçki dairəsi
1976-cı il sentyabrın 7-də Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsini və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirmişdir. Rus dilini bilir. 2005–2014-cü illərdə «Azəri Med» MMC-də operator, maliyyə müdiri vəzifələrində çalışmışdır. 2014-cü ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi baş direktorunun müavinidir. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Səhiyyə komitəsinin üzvüdür. Avstraliya və Yeni Zelandiya, Braziliya, Gürcüstan, Latviya, Lüksemburq, Səudiyyə Ərəbistanı, Türkiyə, Vyetnam parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Azərbaycan–Rusiya parlamentlərarası komissiyasının üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU