HƏSƏNQULİYEV Qüdrət Müzəffər oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 7 saylı Ordubad-Culfa seçki dairəsi
1965-ci il yanvarın 29-da Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 1992-ci ildə Nəsimi Rayon Prokurorluğunun müstəntiqi, 1993-cü ildə Azərbaycan Respublikası Dövlət katibinin köməkçisi işləmişdir. 1996-cı ildən Bakı Asiya Universitetinin baş müəllimi, 2000–2003-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi vəzifələrində çalışmışdır. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədridir. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin, Hesablayıcı komissiyasının üzvüdür. Azərbaycan-Malta parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Belçika, Xorvatiya, İtaliya, Moldova, Peru parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. NATO-nun Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Ədalət, Hüquq, Demokratiya Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU