HƏMZƏYEVA Ülviyyə Tapdıq qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 6 saylı Culfa-Babək seçki dairəsi
1982-ci il aprelin 30-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Pedaqogika nəzəriyyəsi və tarixi üzrə magistrdir. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvü, UNESCO «Yeni era» Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvüdür. Dünyanın bir çox ölkələrində fərdi və qarışıq sərgiləri keçirilmişdir. Rus və ingilis dillərini bilir. 2004–2014-cü illərdə Naxçıvan Dövlət Universitetinin Təsviri sənət kafedrasında baş müəllim vəzifəsində çalışmışdır. Hazırda Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədridir. Dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. Milli Məclisin Mədəniyyət komitəsinin üzvüdür. Estoniya, İran, İtaliya, Qazaxıstan, Meksika, Polşa, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU