İBRAHİMOV Eldar Rza oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 4 saylı Naxçıvan şəhər seçki dairəsi
1945ci il martın 12də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirmişdir. İqtisad elmləri doktoru, professordur. 5 elmi əsərin və 23 elmi məqalənin müəllifidir. «Şöhrət» və «Şərəf» ordenləri ilə təltif edilmişdir. Rus və ingilis dillərini bilir. Azərbaycan–Özbəkistan Dostluq Cəmiyyətinin sədridir. 1961ci ildən Naxçıvanda tikinti idarəsində, toxuculuq kombinatında, avtotəmir zavodunda fəhlə, çilingər, mexanik işləmişdir. 1966cı ildən Texnika Birliyi sistemində böyük və baş mühəndis, 1980ci ildən Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı olmuşdur. 1982–1991ci illərdə Naxçıvan Dövlət Texnika Birliyinin sədri, Dövlət AqrarSənaye Komitəsi sədrinin müavini, 1988ci ildən Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini–Dövlət AqrarSənaye Komitəsinin sədri və Vilayət Partiya Komitəsinin büro üzvü, 1991ci ildən Standartlar və Metrologiya Mərkəzinin direktoru, 1993cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini – Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. On birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Sovetinin, on ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. 1995–2015ci illərdə ATƏTin Parlament Assambleyasında Azərbaycan nümayəndə heyəti rəhbərinin müavini olmuşdur. Milli Məclisin Aqrar siyasət komitəsinin sədridir. AzərbaycanÖzbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstriya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Çexiya, Çin, İran, İtaliya, Moldova, Pakistan, Serbiya, Sloveniya, Türkiyə, Türkmənistan, Ukrayna parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU