MÖHBALIYEV Səttar Suliddin oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi
1955-ci il oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Qıvraq kəndində anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Mühasibat uçotu fakültəsini bitirmişdir. İqtisad elmləri doktoru, professordur. «Şöhrət» ordeni və «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu» ilə təltif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalına layiq görülmüşdür. Rusiya Sosial Elmlər Akademiyasının həqiqi üzvüdür. Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyasının və Panavropa Regional Şurasının vitse-prezidentidir. Həmkarlar İttifaqları Ümumi Konfederasiyasının İcraiyyə Komitəsinin üzvüdür. 5 kitabın müəllifidir. Rus dilini bilir. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 1973-cü ildən Bakı şəhərində dəmir-beton məmulatı zavodunda qəlibçi işləmişdir. 1976–1980-ci illərdə Bakı İstehsalat Tikiş Birliyində fəhlə, əmtəəşünas, mühəndis-iqtisadçı, baş mühasibin müavini, 1980–1993-cü illərdə Avtonəqliyyat və Şose Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin müfəttiş-təlimatçısı, şöbə müdiri, sədri vəzifələrində çalışmışdır. 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir. Bitərəfdir. İkinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin, İntizam komissiyasının üzvüdür. Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Moldova, Türkiyə parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU