TALIBOV Vasif Yusif oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 1 saylı Şərur- Sədərək
1960-cı il yanvarın 14-də Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Aralıq kəndində anadan olmuşdur. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini və Bakı Dövlət Universitetinin Hüquq fakültəini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvüdür. 1981-ci ildən Şərur rayonunun Dəmirçi kənd orta məktəbində müəllim, 1982-ci ildən Naxçıvan trikotaj paltarları fabrikində kadrlar üzrə təlimatçı, xüsusi şöbənin rəisi işləmişdir. 1991-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin baş köməkçisi, 1994-cü ildən Naxçıvan Muxtar Respublikası Baş nazirinin birinci müavini vəzifələrində çalışmışdır. 1995-ci ildən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədridir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədridir. Birinci, ikinci, üçüncü və dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Azərbaycan İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU