İBRAHİMBƏYOV Maqsud Məmmədibrahim oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 20 saylı İkinci Suraxanı
1935-ci il mayın 11-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini, Moskva Ali Ssenari Kursunun ssenariçi fakültəsini və Ali Rejissorluq Kursunun rejissorluq fakültəsini bitirmişdir. Azərbaycan Dövlət mükafatı laureatı, respublikanın əməkdar incəsənət xadimidir. "Şöhrət" ordeni ilə təltif edilmişdir. Rus dilini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 20 №-li İkinci Suraxanı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvüdür. Evlidi
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU