MƏMMƏDOVA Əsmətxanım Bəyəhməd qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 17 saylı Sabunçu-Əzizbəyov
1941-ci il martın 5-də Bakı şəhərinin Maştağa qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Filologiya elmləri namizədi, dosentdir. Fars, rus və ingilis dillərini bilir. Bitərəfdir. 1996-cı il fevralın 4-də 17 №-li Sabunçu-Əzizbəyov seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Mədəniyyət məsələləri komissiyasının üzvüdür. Evlidir, 4 övladı var.
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU