MƏMMƏDOV Oruc Paşa oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 16 saylı İkinci Sabunçu
1946-cı il avqustun 7-də Ermənistan Respublikası Vedi rayonunun Şirazlı kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun mexanika fakültəsini bitirmişdir. Azərbaycan Respublikasının əməkdar mühəndisidir. Rusiya Federasiyasının Keyfiyyət Problemləri üzrə Akademiyasının müxbir üzvüdür. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabnn 12-də 16 №-li İkinci Sabunçu seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin İqtisadi siyasət komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU