YAQUBOV Zəlimxan Yusif oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 15 saylı Birinci Sabunçu
1950-ci il yanvarın 21-də Gürcüstan Respublikası Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirmişdir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 15 №-li Birinci Sabunçu seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Yerli özünüidarə məsələləri komissiyasının üzvüdür. Evlidir, 4 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU