SALAHZADƏ Qalib Aslan oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 27 saylı Sabunçu ikinci seçki dairəsi
1953-cü il oktyabrın 2-də Bakı şəhərinin Sabunçu rayonunun Bilgəh qəsəbəsində anadan olmuşdur. Azərbaycan Milli Aviasiya Akademiyasının Menecment fakültəsini bitirmişdir. Rus dilini bilir. 1969-cu ildən «Azərkurortticarət» Birliyi Bakı şöbəsində satıcı, 1981-ci ildən Lenin rayon Ticarət İdarəsində mağaza müdiri işləmişdir. 1990-cı ildən Bilgəh zəfəran sovxozunun direktoru, 2001-ci ildən Bilgəh bələdiyyəsinin hüquqşünası vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Regional məsələlər komitəsinin üzvüdür. Argentina, Danimarka, İordaniya, Səudiyyə Ərəbistanı parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU