ƏLİYEV İlham Heydər oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 14 saylı Qaradağ
1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. Moskva Dövlət Xarici Əlaqələr İnstitutunun beynəlxalq münasibətlər fakültəsini bitirmişdir. Tarix elmləri namizədidir. İngilis, fransız və rus dillərini bilir. Bitərəfdir. 1995-ci il noyabrın 12-də 14 №-li Qaradağ seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU