MƏHƏRRƏMOV Abel Məmmədəli oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 16 saylı Yasamal ikinci seçki dairəsi
1950-ci il yanvarın 5-də Ağdam şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir. Kimya elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Əməkdar elm xadimidir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Mir Cəlal Paşayev, Yusif Məmmədəliyev və «Qızıl buta» mükafatları laureatıdır. Rumıniya Respublikasının ali dərəcəli «Komandor» ordeni, İqtisadi Əməkdaşlıq Təşkilatının qızıl medalı ilə təltif edilmişdir. Rumıniya Respublikasının Ovidius Universitetinin, Türkiyə Respublikasının Kırıkkale Universitetinin, Qazaxıstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin fəxri doktoru, Krım Mühəndis Pedaqoji Universitetinin fəxri professorudur. Azərbaycanda və xarici ölkələrdə nəşr edilmiş 1000-dən çox elmi əsərin, o cümlədən 50-dən artıq monoqrafiyanın, dərsliyin və dərs vəsaitinin müəllifidir. Qəzet və jurnallarda 200- dən çox publisistik məqaləsi dərc edilmişdir. 48 ixtirası vardır. 35 nəfər kimya elmləri namizədi və doktoru hazırlamışdır. 1971-ci ildən Ümumittifaq Olefinlər Elmi Tədqiqat İnstitutunda operator, mühəndis işləmişdir. 1976-cı ildən Azərbaycan Dövlət Universitetində baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, Kimya fakültəsi dekanının müavini vəzifələrində çalışmışdır. 1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə Kimya fakültəsinin dekanı olmuşdur. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektorudur. 2002–2004-cü illərdə Qara dəniz universitetlər şəbəkəsinin prezidenti olmuşdur, 2004-cü ildən isə vitse-prezidentidir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür. Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Elm və təhsil komitəsinin üzvüdür. Azərbaycan–Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Amerika Birləşmiş Ştatları, İspaniya, Türkmənistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU