MUSAYEV Madər Əliəsgər oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 10 saylı Binəqədi üçüncü seçki dairəsi
1947-ci il noyabrın 26-da Bakı şəhərində anadan olmuşdur. Moskva Kooperativ İnstitutu Bakı filialının Sənaye əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirmişdir. «Şöhrət» ordeni ilə təltif edilmişdir. Rus dilini bilir. 1964-cü ildən Bakı şəhərində satıcı şagirdi, kiçik satıcı, baş satıcı, 1971- ci ildən mağaza müdiri, 1976-cı ildən universamda baş satıcı işləmişdir. 1986–1995-ci illərdə «Bahar» ticarət mərkəzinin müdiri vəzifəsində çalışmışdır. Bitərəfdir. On ikinci çağırış Azərbaycan Respublikası Ali Sovetinin, birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. İran, Səudiyyə Ərəbistanı, Tacikistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU