MURADOV Babaxan Sultan oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 10 saylı İkinci Xətai
1927-ci il martın 21-də Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun Nəsirvaz kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Azərbaycanın əməkdar müəllimidir. Rus dilini bilir. Azərbaycan Demokratik Maarifçilik Partiyasının üzvüdür. 1996-cı il fevralın 4-də 10 №-li İkinci Xətai seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri komissiyası sədrinin müavinidir. Evlidir, 2 övladı var.
Partiya mənsubiyyəti: Azərbaycan Demokratik Maarifçilik Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU