MƏMMƏDOV Qərib Şamil oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 9 saylı Birinci Xətai Seçki dairəsi
1947-ci il yanvarın 6-da Ermənistan Respublikası Amasiya rayonunun Yeniyol kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun coğrafiya-biologiya fakültəsini bitirmişdir. Biologiya elmləri doktoru, professordur. Beynəlxalq Ekoenergetika Akademiyasının akademiki və akademikkatibi, Rusiya Torpaqşünaslıq Cəmiyyətinin üzvüdür. Rus dilini bilir. Bitərəfdir. 1996-cı il fevralın 4-də 9 №-li Birinci Xətai seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Bitərəf

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU