ABDULLAZADƏ Fatma Hüseyn qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 7 saylı İkinci Yasamal
1948-ci il mayın 28-də Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini və Moskva İctimai Elmlər Akademiyasının politologiya fakültəsini bitirmişdir. Fizika-riyaziyyat elmləri doktorudur. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də 7 No-li İkinci Yasamal seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU