İSGƏNDƏROV Nizami Zaman oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 43 saylı Sumqayıt ücüncü seçki dairəsi
1965-ci il noyabrın 6-da Sumqayıt şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin fizika və hüquq fakültələrini bitirmişdir. Rus dilini bilir. 1986-cı ildən «Azərcihazelektrik» İdarəsində mühəndis işləmişdir. 1989-cu ildən Binəqədi Rayon İcraiyyə Komitəsində İnzibati komissiyanın katibi, şöbə müfəttişi olmuşdur. 1992-ci ildən Binəqədi Rayon İcra Hakimiyyətində şöbə müdiri, Bakı kimya əczaçılıq zavodunda şöbə rəisi, Sumqayıt şəhərində univermağın baş administratoru, 1998–2005-ci illərdə «Sumqayıt Ticarət Mərkəzi» Açıq Səhmdar Cəmiyyəti İdarə Heyəti sədrinin müavini vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Çernoqoriya, Azərbaycan-Küveyt, Azərbaycan-Özbəkistan, Azərbaycan-Rumıniya, Azərbaycan- Sloveniya, Azərbaycan-Türkiyə, Azərbaycan-Ukrayna, Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU