XUDİYEV Nizami Mənaf oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 2 saylı Şərur-Babək
1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz qəsəbəsində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji institutunun filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür. 1995-ci il noyabrın 12-də 2 №-li Şərur-Babək seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri komissiyasımn üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU