DÜNYAMALIYEVA Zəminə Dünyamalı qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1957-ci il mayın 1-də Ağdam rayonunun Şelli kəndində anadan olmuşdur. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini bitirmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin İnsan hüquqları komissiyasının üzvüdür. Evlidir, 3 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU