SƏMƏDOV Oktay Cilovxan oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 94 saylı Hacıqabul – Salyan
1959-cu il yanvarın 18-də Qazıməmməd şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2001-ci il yanvarın 7-də 94 saylı Hacıqabul-Salyan seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Evlidir, 3 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU