MURADOVA Bahar Əvəz qızı

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 90 saylı Füzuli
1962-ci il martın 20-də Füzuli şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini və “Azərbaycan” Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü, partiyanın icra katibinin müavinidir. 2000-ci il noyabrın 5-də 90 saylı Füzuli seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Subaydır.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU