NAĞIYEV Əli Teymur oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
1954-cü il martın 15-də Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsini bitirmişdir. Texnika elmləri doktoru, professordur. Rus dilini bilir. Yeni Azərbaycan Partiyası sədrinin müavinidir. 1995-ci il noyabrın 12-də Yeni Azərbaycan Partiyasının siyahısı üzrə deputat seçilmişdir. Milli Məclisin Sosial siyasət komissiyasının üzvüdür. Evlidir, 2 övladı var
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU