ƏLƏSGƏROV Xalis Ələs oğlu

Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Dairə: 85 saylı Samux – Şəmkir – Goranboy
1948-ci il oktyabrın 1-də Samux rayonunun Qarabağlı kəndində anadan olmuşdur. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun iqtisadiyyat fakültəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. Rus dilini bilir. Yeni Azərbaycan Partiyasının üzvüdür. 2000-ci il noyabrın 5-də 85 saylı Samux-Şəmkir-Goranboy seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Aqrar siyasət daimi komissiyasının üzvüdür. Evlidir, 1 övladı var.
Partiya mənsubiyyəti: Yeni Azərbaycan Partiyası

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU